BİZNES

16 Aprel

Qarabağ və Şərqi Zəngəzurda mikro və fərdi sahibkarlıq üstünlük təşkil edir

2025-ci ilin 1 aprel tarixinə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında sahibkarlığın əsas ağırlığını mikro və fərdi biznes subyektləri təşkil edib.

Finss.az Dövlət Statistika Komitəsinin məlumatlara əsasən xəbər verir ki, sözügedən iki iqtisadi rayonda ümumilikdə 5 282 hüquqi sahibkarlıq subyekti və 95 875 fərdi sahibkar qeydiyyatdan keçib.

Qarabağ iqtisadi rayonu

Qarabağ iqtisadi rayonu sahibkarlıq subyektlərinin sayına görə liderlik edir. Burada:

  • 4 042 mikro,
  • 199 kiçik,
  • 85 orta,
  • 12 iri sahibkarlıq subyekti fəaliyyət göstərir. Bundan əlavə, 89 450 fərdi sahibkar bu iqtisadi rayonda biznes fəaliyyəti ilə məşğuldur.

Şərqi Zəngəzur iqtisadi rayonu

Bu iqtisadi rayonda sahibkarlıq strukturunda daha aşağı saylar müşahidə olunur:

  • 870 mikro,
  • 50 kiçik,
  • 20 orta,
  • 4 iri sahibkarlıq subyekti, eləcə də 6 425 fərdi sahibkar qeydiyyata alınıb.

Rəqəmlər göstərir ki, Qarabağ və Şərqi Zəngəzurda biznes fəaliyyətinin əsasını mikro müəssisələr və fərdi sahibkarlar təşkil edir. Bu, postmünaqişə dövründə regionun iqtisadi dirçəlişinin ilkin mərhələsində olduğunu və əsasən lokal, özəl təşəbbüslərlə inkişaf etdiyini göstərir.