2025-ci ilin yanvar-mart aylarında Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda ümumilikdə 1 018,5 milyon manat dəyərində məhsul istehsal olunub və xidmətlər göstərilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1,2% artım deməkdir.
Bu barədə Finss.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Hesabat dövründə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 141,5 milyon manatlıq məhsul və xidmət göstərilib ki, bu da 3% artımla müşayiət olunub.
Qeyd edək ki, 2024-cü ildə illik əsasda elektrik enerjisi, qaz və buxar sektorunda 3 137,3 milyon manatlıq məhsul istehsal olunmuşdu ki, bu da 1,7% azalma ilə xarakterizə olunurdu. Buna qarşılıq, eyni ildə su təchizatı və tullantıların emalı sektorunda 628,4 milyon manatlıq məhsul istehsal olunmuş və 2,7% artım qeydə alınıb.
Fuad Mədətov
Finss.az