BİZNES

15 Aprel

Nazirlik:1-ci rübdə yaşıl enerji istehsalı 243,9 mln. kVt·st artıb

Finss.az - 2025-ci ilin yanvar-mart ayları üzrə operativ məlumatlara əsasən, 3 ayda respublikada elektrik enerjisinin istehsalı 7 171,8 mln. kVt·st olub.

Bu müddət ərzində İES-lərdə 6 318,3 mln. kVt·st, SES-lərdə 669,6 mln. kVt·st, digər mənbələr üzrə isə 183,9 mln. kVt·st, o cümlədən külək elektrik stansiyalarında 9,5 mln. kVt·st, günəş elektrik stansiyalarında 112,5 mln. kVt·st, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda isə 61,9 mln. kVt·st elektrik enerjisi istehsal edilib.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə bərpa olunan enerji mənbələrindən elektrik enerjisi istehsalında 243,9 mln. kVt·st artım qeydə alınıb.

Rüb ərzində elektrik enerjisinin istehsalı “Azərenerji” ASC üzrə 6 385,0 mln. kVt·st (İES-lərdə 5 739,9 mln. kVt·st, SES-lərdə 645,1 mln. kVt·st), Naxçıvan MR Dövlət Energetika Xidməti üzrə 91,2 mln. kVt·st (İES-lərdə 55,7 mln. kVt·st, SES-lərdə 21,7 mln. kVt·st, GES-də 13,8 mln. kVt·st), “Azərişıq” ASC üzrə külək elektrik stansiyalarında 6,3 mln. kVt·st, müstəqil elektrik stansiyaları üzrə isə 689,3 mln. kVt·st təşkil edib.

Hesabat dövründə elektrik enerjisinin ixracı 385,0 mln. kVt·st, idxalı isə 35,7 mln. kVt·st olub.

Qeyd edək ki, 2025-ci ilin mart ayında respublika üzrə elektrik enerjisinin istehsalı 2 319,1 mln. kVt·st olub. Bu dövrdə elektrik enerjisinin ixracı 85,6 mln. kVt·st, idxalı isə 16,1 mln. kVt·st təşkil edib.

Zemfira Ms
Finss.az