BİZNES

06 Fevral

Sabirabad Pilot Aqroparkında 22,4 milyon manatlıq investisiya yatırılıb

Sabirabad Pilot Aqroparkın ərazisi 7544 hektar təşkil edir. Hazırda 8 sahibkarlıq subyektinə Aqroparkın rezidentliyi statusu verilib.

Fins.az xəbər verir ki, bunu İqtisadi Zonaların İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Seymur Adıgözəlov 2024-cü ilin yekunlarına dair mətbuat konfransında çıxış edərkən deyib.

Onun sözlərinə görə, rezidentlər tərəfindən 4100 ha sahədə əkin işləri görülüb. İndiyədək görülən işlərə 22,4 milyon manat investisiya yatırılıb, 98 daimi, 397 mövsümi iş yeri yaradılıb: "Aqroparkda müasir suvarma sistemlərinin tətbiqi ilə meyvəçilik, toxumçuluq, heyvandarlıq, taxılçılıq və pambıqçılıq təsərrüfatlarının yaradılması istiqamətində işlər aparılır. Artıq Aqroparkın ərazisi tam olaraq sahibkarların istifadəsinə verilib".