BİZNES

06 Fevral

AstraZeneca-nın xalis gəliri 1,5 milyard dollara çatdı

Fins.az - Şirkət 2024-cü ilin dördüncü rübündə gözlənilən gəlir və xalis mənfəət artımını üstələyərək müsbət nəticələr əldə edib.

AstraZeneca Plc-nin açıqlamasına görə, oktyabr-dekabr dövründə xalis gəlir 1,5 milyard dollar təşkil edib, keçən ilin eyni dövründə isə bu göstərici 959 milyon dollar olub.

Düzəldilmiş gəlir səhmdar başına 2,09 dollar olaraq müəyyən edilib, əvvəlki ildə isə bu göstərici 1,45 dollar olub. Şirkətin gəliri 24% artaraq 14,891 milyard dollara çatıb.

Analitiklərin proqnozlarına görə, düzəldilmiş gəlir səhmdar başına 2,07 dollar, ümumi gəlir isə 14,2 milyard dollar olmalı idi. Lakin AstraZeneca bu proqnozları aşaraq daha yaxşı nəticələr göstərib.

Şirkət, 2025-ci il üçün gəlirin 7-9% (yüksək birrəqəmli) artmasını və düzəldilmiş gəlirin səhmdar başına 10-13% (aşağı ikirəqəmli) artacağını gözləyir.

AstraZeneca-nın səhmləri Londonda keçirilən ticarətdə 3,7% bahalaşıb. Şirkət, mədə-bağırsaq, ürək-damar, onkoloji və infeksion xəstəliklərə qarşı dərmanların hazırlanması və COVID-19 vaksini istehsalı ilə məşğuldur. Şirkət 100-dən çox ölkədə fəaliyyət göstərir.