BİZNES

06 Fevral

Azərbaycan–Qırğız İnvestisiya Fondu 9 meqavat gücündə SES-in maliyyələşdirilməsini təsdiqləyib

Azərbaycan–Qırğız İnvestisiya Fondu bu ölkədə həyata keçiriləcək iki layihəni-kiçik su elektrik stansiyasını (SES) və müasir tikiş fabrikinin tikintisini maliyyələşdirəcək.

Fins.az xəbər verir ki, bu barədə Qırğızıstanın İqtisadiyyat və Kommersiya Nazirliyinin yaydığı məlumatda qeyd olunub.

SES-in gücü 9 meqavat təşkil edəcək, fabrikin tikintisi sayəsində isə 300 yeni iş yeri yaradılacaq.

Qeyd edək ki, Azərbaycan – Qırğız İnkişaf Fondu Şurasının Bakıda keçirilən 4-cü iclasında yeni investisiya siyasəti və 2 layihənin maliyyələşdirilməsi təsdiqlənib.

Fuad Mədətov
Fins.az