Çin Baş Gömrük İdarəsinin açıqlamasında bildirilir ki, 2025-ci ilin mart ayında Çinin ixrac həcmi illik müqayisədə 12,4 faiz artaraq 313,9 milyard dollara çatıb.
Finss.az xəbər verir ki, mart ayında ixrac artımı keçən ilin oktyabrından bəri ən əhəmiyyətli artım olub.
İdxal 4,3% azalaraq 211,3 milyard dollar olub.
Trading Economics-ə görə, analitiklər ixracın 4,4% artacağını, idxalın isə 2% azalacağını gözləyirdilər.
Yanvar-fevral aylarında ixrac 2,3% artıb, idxal isə 8,4% azalıb.
Çinin xarici ticarət profisiti mart ayında 2024-cü ilin eyni ayındaki 58,65 milyard dollardan 102,64 milyard dollara yüksəlib.
Birinci rübün nəticələrinə görə, Çinin ixracı ötən ilin yanvar-mart ayları ilə müqayisədə 5,8% artaraq 853,6 milyard dollar, idxalı isə 7 faiz azalaraq 580,7 milyard dollar təşkil edib.