Yaponiyanın 20 illik dövlət istiqrazlarının gəlirliliyi borc hərracı ərəfəsində narahatlıqlar fonunda son 20 ildə ən yüksək həddə çatıb.
Finss.az xəbər verir ki, bazar ertəsi ticarət zamanı göstərici 2,435%-ə yüksəlib ki, bu da 2004-cü ildən bəri ən yüksək səviyyədir. 30 illik dövlət istiqrazlarının gəlirliliyi 12 baza bəndi artaraq 2,845%-ə çatıb.
Aprelin 15-də Yaponiyanın 20 illik dövlət istiqrazları üzrə hərrac keçiriləcək.
Bloomberg Mizuho Securities analitiki Gen Taniguchidən sitat gətirir: "Sabahkı hərracda potensial alıcılar artan volatillik və tariflərlə bağlı qeyri-müəyyənlik fonunda zəif tələb göstərə bilər".