Fins.az - ABŞ-n ən böyük simsiz rabitə üçün yarımkeçirici komponent istehsalçılarından biri olan Qualcomm Inc., 2024-cü ilin birinci maliyyə rübündə təmiz mənfəətini 15%, gəlirini isə 17% artırdığını açıqlayıb.
Şirkətin 29 dekabr 2024-cü ildə başa çatan rübün nəticələrinə görə təmiz mənfəət $3,18 milyard, hər səhm üçün isə $2,83 olub. Bu göstəricilər, 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə əhəmiyyətli bir artım nümayiş etdirir. Əvvəlki maliyyə ilinin eyni dövründə təmiz mənfəət $2,77 milyard və hər səhm üçün $2,46 olmuşdu.
Hesabatda, xüsusi amillər nəzərə alınmadan əldə edilən qazanc hər səhm üçün rekord $3,41 təşkil edib ki, bu da analitiklərin $2,46 səhm proqnozunu aşmışdır.
Qualcomm-un ümumi gəliri isə tarixində ən yüksək səviyyəyə çataraq $11,67 milyard olub. Keçən ilin eyni dövründə bu rəqəm $9,94 milyard idi. Ekspertlər isə bu göstəricini orta hesabla $10,91 milyard proqnozlaşdırmışdılar.
QCT (Qualcomm CDMA Technologies) bölməsi, mobil cihazlar və simsiz rabitə üçün yarımkeçirici komponentlərin istehsalını həyata keçirərək 20% artım əldə edib və gəliri $10,08 milyard təşkil edib. Bundan əlavə, Qualcomm-un lisenziya satışlarından əldə etdiyi gəlir isə 5% artaraq $1,54 milyard olub.
Şirkət, 2024-cü ilin ikinci maliyyə rübü üçün təmiz mənfəətin hər səhmə $2,38-$2,58, düzəlişli mənfəətin isə $2,7-$2,9 arasında olacağını gözləyir. Gəlirin isə $10,3-$11,2 milyard arasında olacağı proqnozlaşdırılır.
Maliyyə hesabatının açıqlanmasından sonra Qualcomm-un səhmləri çərşənbə günü 4,6% dəyər itirib.