BİZNES

06 Fevral

ABŞ gəmilərin Panama kanalından pulsuz keçidini təmin edir

Fins.az xəbər verir ki, Panama ABŞ hökumətinə məxsus gəmilərin Panama kanalından keçməsi üçün ödənişdən imtina edib. Bu barədə ABŞ Dövlət Departamenti sosial şəbəkədəki səhifəsində məlumat yayıb.

"ABŞ hökumətinin gəmiləri indi Panama kanalından rüsum ödəmədən tranzit keçə bilər və bu, ABŞ hökumətinə ildə milyonlarla dollar qənaət edir", - bəyanatda deyilir.

Prezident Donald Trampın rəhbərlik etdiyi ABŞ administrasiyası Panama kanalını Çin tərəfindən idarə olunmamalı olan “strateji aktiv” hesab edir və onun 1999-cu ildə Panamaya verilməsi “axmaqlıq” idi.

Tramp andiçmə mərasimindəki çıxışında ABŞ-ın kanala nəzarəti bərpa etmək niyyətində olduğunu bildirib.

Fevralın 3-də Panama prezidenti Xose Raul Mulino ABŞ dövlət katibi Marko Rubio ilə danışıqlardan sonra ölkənin Çinlə “Bir kəmər, bir yol” təşəbbüsü ilə bağlı anlaşma memorandumunu yeniləməyəcəyini bildirib.