Fins.az - Monqolustan, Azərbaycanla beynəlxalq avtomobil və hava nəqliyyatı ilə daşımalar haqqında sazişlər imzalamağı planlaşdırır.
Bu barədə Monqolustanın Avtomobil Nəqliyyatı Nazirliyi məlumat verib.
Nazirliyin məlumatına görə, sazişlər bu il həyata keçiriləcək yüksək səviyyəli səfər çərçivəsində imzalana bilər.
Bu mövzu Monqolustanın Nəqliyyat və Avtomobil Yolları Naziri Borxuugiyn Delgersayxan ilə Azərbaycanın Xarici İşlər Nazirinin müavini Elnur Məmmədovun başçılıq etdiyi nümayəndə heyətinin görüşündə müzakirə edilib.
Görüş zamanı tərəflər, Monqolustan və Azərbaycan arasında avtomobil daşımaları sahəsində əməkdaşlıq imkanlarını və əsas məsələləri vurğulayıb, bu istiqamətdə dialoqu davam etdirməklə bağlı razılığa gəliblər.
Nazir B.Delgersayxan, Monqolustan hökumətinin növbəti dörd il ərzində həyata keçirməyi planlaşdırdığı 14 meqalayihə haqqında məlumat verib və iki ölkənin nəqliyyat və logistika sahəsində səmərəli əməkdaşlığının inkişafında maraqlı olduqlarını bildirib.
Zemfira Ms
Fins.az