BİZNES

05 Fevral

Sabahdan ölkədə ipoteka müraciətləri başlayır

Fins.az - Sabahdan ipoteka kreditləri üçün müraciətlərə start veriləcək. Milli Məclisin deputatı Vüqar Bayramov bildirib ki, 2025-ci il üçün İpoteka və Kredit Zəmanət Fondu banklara ipoteka kreditləri üzrə limitlər ayırıb. Sabah adi ipoteka kreditlərinə, birisi gün isə güzəştli kreditlərə müraciət mümkün olacaq.

Deputatın sözlərinə görə, bu il sosial ipoteka kreditləri üçün dövlət büdcəsindən əlavə 100 milyon manat ayrılacaq. Güzəştli kreditlər 4 faizlə 30 il müddətinə, maksimum 100 min manat məbləğində təklif olunur.

Ötən il Fondun vəsaiti hesabına 439,8 milyon manat həcmində 4685 ipoteka krediti verilib. Bu il isə ipoteka kreditlərindən yararlanan vətəndaşların sayının artacağı gözlənilir.

Qeyd edək ki, indiyədək Fond tərəfindən 52 min 798 ipoteka krediti verilib, ümumi məbləğ isə 3,3 milyard manatı keçib.

Zemfira Ms
Fins.az