Amerika Birləşmiş Ştatlarının Poçt Xidməti Çindən paketlərin qəbulunu dayandırıb. Vesti.az
Fins.az xəbər verir ki, “South China Morning Post” (SCMP) qəzetinin məlumatına görə,
Amerika poçt şöbəsi fəaliyyətinin dayandırılmasının səbəbləri ilə bağlı heç bir açıqlama verməyib.
Eyni zamanda, nəşrin məlumatına görə, Çindən məktub və bağlamaların qəbulu davam edir.
SCMP qeyd edir ki, bu addımın əvvəllər ABŞ prezidenti Donald Tramp administrasiyası tərəfindən Çin mallarına tətbiq etdiyi tariflərə cavab olaraq qəbul edilmiş Pekinin tarifləri ilə bağlı olub-olmadığı hələ aydın deyil.