BİZNES

09 Aprel

Tramp bir neçə ölkə üçün tarif artımlarını adlarını çəkmədən 90 gün müddətinə dayandırıb

ABŞ prezidenti Donald Tramp məsələ ilə bağlı dialoq tələb edən 75-dən çox ölkəyə idxal rüsumlarının artırılmasına 90 gün fasilə vermək qərarına gəldiyini açıqlayıb. Bu müddət ərzində bu ölkələrin minimum 10% rüsum ödəməsi gözlənilir. "Mən 90 günlük fasiləyə icazə verdim və bu müddət üçün 10% cavab rüsumlarını əhəmiyyətli dərəcədə azaltdım" dedi Truth Social-da.

Finss.az xəbər verir ki, Tramp bunun danışıqlar üçün ABŞ-a nümayəndələrini göndərən və Amerika tariflərinə heç bir formada cavab verməyə cəhd etməyən 75-dən çox ölkəyə təsir etdiyini qeyd edib.

Bloomberg qeyd edir ki, bu pauzanı hansı ölkələrin alacağı hələ də bəlli deyil. Agentlik əlavə edir ki, bu ölkələr həqiqətən də bu müddət ərzində "şənbə günü qüvvəyə minən 10% tarifləri hələ də ödəyəcəklər".

Cavab olaraq tarifləri artırmağa başlayan Çin üçün Tramp dərhal 125%-ə qədər tarif artımı tətbiq etdi.