BİZNES

07 Aprel

Ölkədə qara metallar üzrə ixrac göstəriciləri açıqlanıb

Finss.az - Bu ilin yanvar-fevral aylarında ölkədən 11,7 milyon ABŞ dolları dəyərində 11,8 min tondan çox qara metallar və onlardan hazırlanan məmulatlar ixrac olunub.

Dövlət Gömrük Komitəsinin hesabatına əsasən, bu, 2024-cü ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə dəyər ifadəsində 66,9 faiz, həcm olaraq 68,8 faiz çoxdur.

Hesabat dövründə bu məhsulların ümumi ixracda xüsusi çəkisi 0,25 faizə, qeyri-neft məhsullarının ixracında çəkisi isə 2,42 faizə bərabər olub.