BİZNES

07 Aprel

AMEA dezinfeksiya xidmətləri üçün tender elan etdi

Finss.az - Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnformasiya Texnologiyaları İnstitutu sanitariya-gigiyena və digər xidmətlərin satınalınması ilə bağlı açıq müsabiqə elan edib.

Müsabiqənin nömrəsi 108509 olan tender "Dezinfeksiya" xidmətlərini əhatə edən 76101500 təsnifat kodu ilə qeydiyyata alınıb. Ehtimal olunan satınalma məbləği 2.398,99 AZN təşkil edir.

Müsabiqənin dərc tarixi: 7 aprel 2025-ci il, saat 10:36
Təkliflərin son təqdim olunma tarixi: 14 aprel 2025-ci il, saat 14:00
Zərflərin açılış tarixi: 14 aprel 2025-ci il, saat 14:00

Müsabiqədə iştirak etmək istəyən təchizatçılar üçün iştirak haqqı 10 AZN, sənədlərlə tanış olmaq üçün nəzərdə tutulan istifadə haqqı isə 25 AZN-dir. Qeyd olunur ki, ödənilmiş vəsaitlər geri qaytarılmır.

Satınalan təşkilatın adı: AMEA İnformasiya Texnologiyaları İnstitutu
VÖEN: 1300308241
Ünvan: Bakı şəhəri, Bəxtiyar Vahabzadə küçəsi, 9A

Əlavə məlumat üçün əlaqələndirici şəxs – mühəndis-proqramçı Əkbər Əliyev ilə əlaqə saxlamaq mümkündür: [email protected]  050 215 82 54