Dünya milyarderlərinin sərvəti 2024-cü ildə rekord həddə - 2 trilyon dollar artıb ki, bu da 2023-cü ildəkindən üç dəfə sürətlidir.
Oxfam xeyriyyə təşkilatının hesabatına görə, dünya üzrə milyarderlərin sayı 204 nəfər artaraq 2769 nəfərə çatıb.
Fins.az xəbər verir ki, dünyanın ən zəngin on adamının sərvəti gündə orta hesabla 100 milyon dollar artıb. Aktivlərinin 99%-ni itirsələr belə, yenə də milyarder olacaqlar. Bu arada, son onilliklər ərzində dünyada yoxsulluğun səviyyəsi demək olar ki, dəyişməz qalıb: təxminən 3,6 milyard insan - planet əhalisinin 44%-i yoxsulluq həddinin altında yaşamağa davam edir. Oxfam-ın məlumatına görə, dünyada hər on qadından biri həddindən artıq yoxsulluq içində yaşayır.
Təşkilat vurğulayır ki, milyarderlərin sərvətinin əhəmiyyətli bir hissəsi qazanılmır, miras yolu ilə, “qohumluq və korrupsiya” və ya inhisar nəzarəti yolu ilə əldə edilir.