Dörd ABŞ şirkəti Çinin Tayvana silah satdığına görə etibarsız qurumlar siyahısına salınıb. RİA Novosti bu barədə Çin Ticarət Nazirliyinə istinadən xəbər verir.
Fins.az xəbər verir ki, Siyahıya AEVEX Aerospace, Summit Technologies Inc, Pacific Rim Defence və LKD Aerospace şirkətlərinin də əlavə edildiyi qeyd edilir.
Yanvarın əvvəlində Çin ABŞ-ın 30-a yaxın müdafiə şirkətinə ikili təyinatlı məhsulların ixracına qadağa qoyub, onlardan 10-u Pekin etibarsız hesab edib. Qeyd edilib ki, Çin hakimiyyətinin bu addımı Çinin milli təhlükəsizliyini qorumaq məqsədi daşıyırdı, çünki şirkətlər Tayvana da silah satıblar.
Dekabrda oxşar sanksiyalar Amerikanın Aerkomm, Hudson Technologies, Insitu, Oceaneering International, Raytheon Australia, Raytheon Canada və Saronic Technologies şirkətlərinə qarşı tətbiq edilib.
Bundan əvvəl ABŞ-ın Çindəki səfiri Pekin və Vaşinqton arasında yaşanan gərgin məqamdan danışıb.