Benchmark neft üçün fyuçers kotirovkaları 1%-dən çox aşağı düşüb, lakin yenə də həftəni yaşıl rəngdə başa vurmağı hədəfləyir.
Finss.az xəbər verir ki, Bakı vaxtı ilə saat 17:45-ə Londonun ICE Futures birjasında Brent neftinin aprel müqavilələrinin qiyməti bir barel üçün 75,48 dollar təşkil edir ki, bu da əvvəlki ticarətin bağlanışına nisbətən 1 dollar (1,31%) aşağıdır.
Nyu-York əmtəə birjasında (NYMEX) aprel ayı üçün WTI neftinin fyuçersləri 1,1 dollar (1,52%) ucuzlaşaraq 71,38 dollar/barelə bərabər olub.
Bu arada, Brent və WTI qiymətləri son beş gündə təxminən 1,2% artıb.