BİZNES

01 Aprel

ABŞ-da ISM İstehsalat indeksi mart ayında gözləniləndən çox aşağı düşüb

ABŞ-ın istehsal sektorunda (ISM Manufacturing) işgüzar aktivlik indeksi bir ay əvvəlki 50,3 bəndlə müqayisədə mart ayında 49 bəndədək azalıb. Bu barədə Təchizat İdarəetmə İnstitutunun (ISM) məlumatında deyilir.

Finss.az xəbər verir ki, “Trading Economics”in məlumatına görə, analitiklər orta hesabla 49,5 bəndədək azalma gözləyirdilər.

İndeksin dəyərinin 50 baldan yuxarı olması istehsal sektorunda işgüzar aktivliyin artdığını, aşağı qiymət isə onun zəiflədiyini göstərir.