Xiaomi Corp-un səhmləri çərşənbə axşamı Honq-Konqda birjada sürücüyə yardım sistemindən istifadə edən elektrik avtomobillərindən birinin qəzaya uğraması ilə bağlı məlumat əsasında 5,5% ucuzlaşıb.
Finss.az xəbər verir ki, Xiaomi şirkəti Weibo sosial şəbəkəsində SU7 elektrik avtomobilinin martın 29-da Anhui əyalətində sürətli yolda qəzaya uğradığını təsdiqləyib. Şirkətin bəyanatında ölənlər barədə məlumat verilməyib; Çin mediası 3 nəfərin öldüyünü bildirib.