Aİ-nin Eurostat statistika bürosunun məlumatına görə, fevralda avrozonada işsizlik yanvarda 6,2%-dən 6,1%-ə düşüb. Bu, hesablama dövrü üçün minimumdur.
Finss.az xəbər verir ki, Trading Economics-ə görə, analitiklər orta hesabla işsizliyin yanvar ayı səviyyəsində qalacağını gözləyirlər.
2024-cü ilin fevral ayında işsizlik 6,5% təşkil edib.
Ötən ayda regionda işsizlərin sayı yanvar ayı ilə müqayisədə 70 min nəfər azalaraq 10,58 milyon nəfər olub.
Gənclər arasında (25 yaşadək əhali) işsizlərin xüsusi çəkisi yanvarda 14,1%-dən 14,2%-ə yüksəlib.
Avrozonanın ən böyük ölkələri arasında ən aşağı işsizlik səviyyəsi Almaniyada (3,5%), ən yüksək göstərici isə İspaniyada (10,4%) qeydə alınıb.
Ümumilikdə, Avropa İttifaqında fevralda işsizlik bir ay əvvəlki 5,8% ilə müqayisədə 5,7% təşkil edib. 2024-cü ilin fevral ayında 6,1% idi.