BİZNES

01 Aprel

Meyvə-tərəvəz üzrə ixrac göstəriciləri açıqlanıb

Finss.az - Bu ilin yanvar-fevral ayları ərzində ölkədən 108,9 milyon ABŞ dolları dəyərində 100,3 min tondan çox tərəvəz və meyvə ixrac edilib.

Dövlət Gömrük Komitəsinin hesabatına əsasən, ötən ilin müvafiq dövrü ilə müqayisədə ixracın dəyəri 9,7 faiz və ya 9,5 milyon dollar, həcmi isə 15,3 faiz və ya 13,3 min ton artıb.

Qeyd edək ki, cari ilin ilk iki ayında tərəvəz və meyvələrin ümumi ixracda xüsusi çəkisi 2,29 faizə, qeyri-neft məhsullarının ixracında çəkisi isə 22,47 faizə bərabər olub.