BİZNES

01 Aprel

LG Energy Solution ABŞ-a $2 milyard dəyərində aktiv satdı

Finss.az - Cənubi Koreyalı akkumulator istehsalçısı LG Energy Solution, keçən gün özünün ABŞ-dakı bölməsinə 2 milyard dollar dəyərində aktiv satdığını açıqlayıb.

Satışa daxil olan aktivlər arasında Miçiqan ştatında yerləşən akkumulator istehsalı zavodu və həmin ərazidəki torpaq da mövcuddur.

Bu müəssisə, LG Energy Solution ilə amerikalı avtomobil istehsalçısı General Motors arasında qurulan birgə müəssisənin tərkibinə daxildir. Aktivlərin ABŞ bölməsinə satılması, bu birgə müəssisənin fəaliyyətində mühüm dəyişiklikləri göstərir.