BİZNES

08 Yanvar

Naxçıvanın 10-dan çox ölkəyə ixracı artıb

Fins.az - 2024-cü ildə Naxçıvan Muxtar Respublikasında istehsal olunmuş məhsullar 10-dan çox ölkəyə ixrac edilib.

Bu barədə Naxçıvanın iqtisadiyyat nazirinin müavini, nazir vəzifəsini müvəqqəti icra edən Abbas İsmayılov məlumat verib.

O bildirib ki, ixrac il ərzində verilmiş 60 mənşə sertifikatı əsasında həyata keçirilib. Həmçinin, nazir əvəzi qeyd edib ki, sahibkarların maliyyə əlçatanlığını artırmaq məqsədilə nazirlik tərəfindən Sahibkarlığı İnkişafı Fondunun əməkdaşlıq etdiyi müvəkkil kredit təşkilatlarının sayı iki dəfə artırılaraq 6-ya çatdırılıb. Hazırda əlavə olaraq 3 kredit təşkilatının əməkdaşlığa cəlb olunması üçün işlər davam etdirilir.