BİZNES

08 Yanvar

Naxçıvan 2025-ci ildə 3,9% iqtisadi artım gözləyir

Fins.az - 2025-ci ildə Naxçıvan Muxtar Respublikasında iqtisadiyyatın bütün sahələrində artım gözlənilir.

Bu barədə Naxçıvanın iqtisadiyyat nazirinin müavini, nazir vəzifəsini müvəqqəti icra edən Abbas İsmayılov məlumat verib.

O bildirib ki, sənayedə 3,7%, kənd təsərrüfatında isə 2,5% artım gözlənilir.

Azərbaycan hökuməti 2025-ci ildə Naxçıvanda iqtisadi artımın 3,9% olacağını və Muxtar Respublikada ümumi daxili məhsulun (ÜDM) 1 milyard 498,7 milyon manat olacağını proqnozlaşdırır.