Fins.az - Ötən ilin yanvar-noyabr aylarında Azərbaycan 241,1 milyon ABŞ dolları dəyərində 1,1 milyon ton buğda idxal edib.
Dövlət Gömrük Komitəsinin məlumatına görə, bu göstərici 2023-cü ilin eyni dövrü ilə müqayisədə dəyər baxımından 42,3 milyon ABŞ dolları (14,9%) və həcm baxımından isə 22,3 min ton (2%) azalıb. Buğda idxalı ölkənin ümumi idxalının 1,28%-ni təşkil edib.