BİZNES

01 Aprel

Azərbaycanda su və istilik elektrik enerjisi istehsalı artıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycanda su ilə işləyən stansiyalar 407,9 milyon kVt-saat elektrik enerjisi istehsal edib.

Bu barədə Finss.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, bu, 2024-cü ilin eyni aylarındakı göstərici ilə müqayisədə 145,2 407,9 milyon kVt-saat və ya 55,3% çoxdur.

Hesabat dövründə istilik elektrik stansiyalarında isə 4 milyard kVt-saat elektrik enerjisi istehsal olunub ki, bu da 2024-cü ilin eyni dövrünə nisbətən 45,2 milyon kVt-saat və ya 1,2% çoxdur.

Eyni zamanda, 2025-ci ilin yanvar-fevral ayları ərzində ölkədə tulantıların yandırılmasından 33,2 milyon kVt-saat elektrik enerjisi istehsal olunub.

Qeyd edək ki, Azərbaycanda 2025-ci ilin ilk iki ayında 4,6 milyard kVt-saata yaxın elektrik enerjisi istehsal edilib ki, bu da bir il əvvələ nisbətən 205,2 milyon kVt-saat və ya 4,7% çoxdur. Ümumilikdə isə ölkədə elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda 2025-сi ilin yanvar-fevral aylarında 684,2 milyon manat dəyərində məhsul istehsal olunub və xidmətlər göstərilib. Su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal edilmiş məhsulların həcmi 94,4 milyon manat təşkil edib.

Fuad Mədətov
Finss.az