BİZNES

07 Yanvar

Avtobus marşrutu müsabiqəyə çıxarılıb

Fins.az - Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) Bakıda 91 nömrəli müntəzəm avtobus marşrutunu müsabiqəyə çıxarıb.

Binəqədi rayonunun Nicat Mustafayev küçəsini Bakı Beynəlxalq Avtovağzal Kompleksi ilə birləşdirən bu marşrutun mövcud istismarçısına xidmət keyfiyyətinin yaxşılaşdırılması ilə bağlı edilən dəfələrlə xəbərdarlıqlara baxmayaraq, lazımi tədbirlər görülməyib. Xüsusilə, ötən həftə marşrut xəttində avtobusun zədələnmiş şüşə ilə hərəkəti sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

AYNA keyfiyyətli və təhlükəsiz sərnişindaşıma xidmətinin təmin edilməsi məqsədilə marşrutu müsabiqəyə təqdim edib və bütün daşıyıcılara avtobus parklarının saz və müasir nəqliyyat vasitələri ilə təmin olunmasını tövsiyə edib.