BİZNES

30 Mart

Tikinti sektoruna yatırılan investisiyalar azalıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycanda tikinti sahəsində əsas kapitala 433,9 milyon manat investisiya yönəldilib.

Bu barədə Finss.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata əsasən, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 89,5 milyon manat və ya 17,1% azdır.

Belə ki, ötən ilin yanvar-fevral aylarında ölkədə tikinti sahəsində əsas kapitala 523,4 milyon manat investisiya yönəldilmişdi.

Bu sahə üzrə əsas kapitala yönəldilmiş investisiyaların yekunda xüsusi çəkisi 21,6%-ə bərabər olub.