BİZNES

29 Mart

Azərbaycanda sürtkü yağları istehsalı azalıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycanda 6,2 min ton sürtkü yağları istehsal edilib.

Bu barədə Finss.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata əsasən, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 2,9 min ton və ya 31,9% azdır.

Belə ki, ötən ilin yanvar-fevral aylarında ölkədə 9,1 min ton sürtkü yağları istehsal edilmişdi.

Bu ilin martın 1-i vəziyyətinə hazır məhsul ehtiyatı 6 min ton təşkil edib.

Qeyd edək ki, hesabat dövründə Azərbaycanda neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 1029,1 milyon manat olmaqla, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 15,6% artıb.