BİZNES

28 Mart

Bu il Azərbaycanda magistral qaz kəmərləri ilə 7,108 milyard dan çox kub-metr qaz nəql edilib

Bu ilin yanvar-fevral aylarında Azərbaycanda magistral qaz kəmərləri ilə 7 milyard 108,3 milyon kub-metr qaz nəql edilib.

Bu barədə Finss.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata əsasən, bu göstərici əvvəlki ilin müvafiq dövrünə nisbətən 3,2 faiz azdır.

Qazın nəqlinin 48 faizi BakıTbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilib. Hesabat dövründə bu boru kəməri ilə 3 milyard 412,9 milyon kub-metr qaz ötürülüb.