Fins.az - “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) tərəfindən inşa edilən “Azıx” adlı yedək gəmisi Xəzər Dəniz Neft Donanmasının balansına daxil edilib.
Gəminin uzunluğu 24,72 metr, eni 6,60 metr, dedveyti isə 14 ton təşkil edir. Sürəti 9 uzel olan gəmi, 7 nəfərlik heyət tərəfindən idarə edilir və 3 ton yük daşıma qabiliyyətinə malikdir.
Bu gəmi, Zığ Gəmi Təmiri və Tikintisi Zavodunda (ZGTTZ) inşa edilən sayca beşinci gəmi olub. Əvvəlki gəmilər arasında “ASCO 1”, “Tərtərçay”, "Həkəriçay" və “Bərgüşadçay” da yer alır. Zavodda həmçinin gəmilərin tikintisi və təmiri üzrə beynəlxalq standartlara uyğun xidmətlər göstərilir.