BİZNES

26 Mart

Azərbaycanda dəmir yolu ilə yük daşınması 1,4%, sərnişin daşınması isə 18,7% artıb

Ötən il dəmir yolu nəqliyyatında daşınmış yüklərin həcmi 2023-cü illə müqayisədə 1,4% artaraq 18530,6 min ton, sərnişin daşınması isə 18,7% artaraq 8531,2 min təşkil edib.

Finss.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyəti haqqında hesabatında qeyd edilib.

Məlumata görə, yük dövriyyəsi 2023-cü ilə nisbətən 3,4% artaraq 6968,4 mln. ton-km, sərnişin dövriyyəsi isə 20,2% artaraq 377 mln. sərnişin-km olub.

Daşınmış yüklərin 83,2%-ni və ya 15418,7 min tonunu, yük dövriyyəsinin isə 90,4%-ni və ya 6300,6 mln. ton-km-ni beynəlxalq daşımalar təşkil etmişdir. 2024-cü ildə qeyri-neft yükləri üzrə tranzit daşımaların həcmi 3,3% artaraq 4445 min ton, ümumi tranzit yüklərin həcmi isə 6,3% artaraq 7262,9 min ton təşkil edib