BİZNES

25 Mart

Azərbaycanın Bolqarıstana təbii qaz ixracı 6,3% artıb

Bu ilin yanvar ayında Azərbaycan Bolqarıstana 160,3 milyon kubmetr həcmində təbii qaz ixrac edib.

Finss.az Dövlət Statistika Komitəsinin açıqladığı məlumatlar əsasən xəbər verir ki, bu həcmdə təbii qaz ixracından əldə olunan gəlir 61,8 milyon ABŞ dolları olub.

Bolqarıstana qaz ixracı ötən ilin eyni dövrü ilə müqayisədə həcm ifadəsi ilə 2,2 milyon kubmetr və ya 1,4%, dəyər ifadəsi ilə 3,7 milyon ABŞ dolları, yaxud da 6,3% artıb.

Belə ki, 2024-cü ilin yanvarında Azərbaycandan Bolqarıstana 158,1 milyon kubmetr həcmində, 58,1 milyon ABŞ dolları dəyərində təbii qaz ixrac edilib.

Qeyd edək ki, cari ilin yanvarında Azərbaycandan ixrac edilmiş təbii qazın ümumi həcmi 2,33 milyard kubmetr, dəyəri isə 870,1 milyon ABŞ dolları təkil edib. Bununla yanaşı, ilin ilk ayında Azərbaycana idxal edilən təbii qazın həcmi 42,6 milyon kubmetr, dəyəri isə 6,4 milyon ABŞ dolları olub.

Xatırladaq ki, bu dövrdə Azərbaycandan Gürcüstana, Serbiyaya, Türkiyəyə, Bolqarıstana, İtaliyaya və Yunanıstana təbii qaz ixrac, Türkmənistandan isə idxal edilib.