BİZNES

27 Dekabr

Xarici dövlətlərin yük avtomobillərinin yol vergisindən azad olunması qaydası hazırlanacaq

Xarici dövlətlərin yük avtomobillərinin, qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələrinin yol vergisindən azad olunması qaydası hazırlanacaq.

Fins.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin tətbiqi barədə fərman imzaladığı Vergi Məcəlləsinə dəyişiklikdə əksini tapıb.

Fərmana əsasən, Nazirlər Kabinetinə dörd ay müddətində xarici dövlətlərin yük avtomobillərinin, qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələrinin yol vergisindən azad olunması qaydasını hazırlamaq tapşırılıb.