Finss.az - Bu ilin yanvar-fevral aylarında Azərbaycanda 2 min 528,7 ton makaron məmulatları istehsal edilib.
Dövlət Statistika Komitəsinin məlumatına görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 2,1 dəfə artıb. Martın 1-nə olan məlumata əsasən, ölkədə 12,2 ton hazır məhsul ehtiyatı mövcuddur.
Bundan əlavə, iki ay ərzində Azərbaycanda 933,9 milyon manatlıq qida məhsulları istehsal olunub ki, bu da illik müqayisədə 10,7% artım deməkdir.