BİZNES

22 Mart

Johnson & Johnson ABŞ iqtisadiyyatına 55 mld. dollardan çox sərmayə yatıracaq

Finss.az - ABŞ-n aparıcı istehsalçı Johnson Johnson (JJ) qarşıdakı dörd il ərzində ABŞ iqtisadiyyatına 55 milyard dollardan çox investisiya yatırmağı planlaşdırır.

Şirkətin yaydığı açıqlamada bildirilir ki, bu məbləğ əvvəlki dörd illik dövrlə müqayisədə 25% daha çoxdur. Sərmayələr əsasən istehsal, elmi tədqiqat və inkişaf (RD) sahələri, eləcə də yeni texnologiyalara yönəldiləcək.

JJ ABŞ-da dörd yeni zavod tikməyi planlaşdırır. Onlardan biri Şimali Karolinada yerləşəcək və 2 milyard dollardan çox dəyəri olan yüksək texnologiyalı müəssisə olacaq. Cümə günü tikintisinə start verilən bu layihə 500-dən çox daimi iş yeri və 5 min müvəqqəti iş yeri yaradacaq.

Bundan əlavə, şirkət bir sıra mövcud zavodlarını genişləndirməyi və onkologiya, nevrologiya, immunologiya, ürək-damar xəstəlikləri və robotik cərrahiyyə sahələrində tədqiqat və inkişaf işlərini gücləndirməyi planlaşdırır.

Maliyyə bazarlarında JJ səhmləri cümə günü 0,3% bahalaşıb. Son 12 ayda isə səhmlərin qiyməti 5,4% artıb.