BİZNES

26 Dekabr

İqtisadiyyat Nazirliyi 20 milyon manatlıq informasiya sistemi yaradacaq

İqtisadiyyat Nazirliyi 20 milyon manatlıq informasiya sistemi yaradır.

Fins.az Dövlət Elektron Satınalmalar Portalına istinadən xəbər verir ki, İqtisadiyyat Nazirliyinə aid olan "Tikinti-Təchizat Birliyi" MMC, **"Milli Məkan Məlumatları İnformasiya Sistemi"**nin yaradılması və əlaqədar təlim xidmətləri ilə bağlı tender keçirib. "Caspel" MMC bu tenderin qalibi olub və şirkətlə 19 milyon 842 min 880 AZN dəyərində müqavilə imzalanıb.

"Caspel" MMC 2005-ci ildə yaradılıb və nizamnamə kapitalı 1 milyon 146,02 min AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Ceyhun Quliyev Məhi oğludur və hüquqi ünvanı Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xəndan, ev 50B ünvanında yerləşir.