2024-cü il, Facemark üçün uğurlu bir il olaraq yadda qaldı. Fins.az xəbər verir ki, şirkət bu dövr ərzində biznesin müxtəlif istiqamətləri üzrə bir sıra böyük və genişmiqyaslı tədbirlər həyata keçirib. Bu tədbirlər, yalnız iştirakçılar üçün bilik və təcrübə mübadiləsi imkanı yaratmaqla kifayətlənməyib, həm də müvafiq sahələrin inkişafına ciddi töhfələr verib. Facemark MMC-nin direktoru Nigar Həsənovanın rəhbərliyi altında həyata keçirilən bu təşəbbüslər, şirkətin sektordakı mövqeyini gücləndirərək, həm yerli, həm də beynəlxalq bazarda diqqət çəkib.
"Facemark" şirkətinin direktoru Nigar Həsənova
Vergi və Mühasibatlıq Zirvəsi
"Good Finance" şirkəti ilə birlikdə təşkil etdiyi 2-ci Vergi və Mühasibatlıq Zirvəsi ilin ilk mühüm tədbiri olub. "Düzgün Hesab" konsepti ilə keçirilən bu tədbirdə 600-dən çox mühasib, maliyyəçi və vergi mütəxəssisi iştirak edib. Tədbirin önəmi onun iştirakçılarına yalnız nəzəri bilik deyil, həm də praktik təkliflərin təqdim olunması ilə seçilirdi. İlk Zirvədə toxunulan mövzular əsasında hazırlanmış təkliflər kitabça şəklində iştirakçılara təqdim edilib. 2025-ci ildə növbəti Zirvənin 1 mart tarixində keçirilməsi planlaşdırılır.
Milli İnsan Resursları Forumu
"HR Option" və "HRENGINEERING" şirkətləri ilə birgə təşkil etdiyi Milli İnsan Resursları Forumu (MİRF) ölkəmizdə insan resurslarının inkişafına yönəlmiş ənənəvi tədbirlərdən biridir. "Birlikdə`n qazan" şüarı altında keçirilən tədbir 700-dək iştirakçı, 15-dən çox spiker və peşəkar mütəxəssislərin iştirakı ilə diqqət çəkmişdir. Forumun növbəti dəfə 2025-ci ildə keçirilməsi planlaşdırılır.
Təchizat Zənciri Liderləri Zirvəsi
"Admedia" şirkəti ilə birgə ilk dəfə təşkil etdiyi Təchizat Zənciri Liderləri Zirvəsi, bu sahədə çalışan peşəkarların təcrübə və biliklərini paylaşması üçün unikal platforma oldu. Tədbirdə 600-dən çox dövlət və özəl sektor təmsilçisi iştirak etdi.
İnteryer və Mebel Forumu (IMForum)
"Mutfakçı" şirkəti ilə birgə memar, interyer dizayneri, mebel istehsalçıları və ev dekorasiyası işıklərinə dair məsələlərə fokuslanan IMForum da il boyu düşən əhəmiyyətli tədbirlərdən biri idi.
Beynəlxalq İnvestisiya və Əmlak Zirvəsi
"Gələcəyə doğru yatırım" konsepti çərçivəsində təşkil edilən bu zirvə, investorları Avropa və Türkiyə bazarlarındakı mümkünlərlə yaxından tanışdırmağı hədəfləyirdi.
Milli Marketinq Forumu
2013-cü ildən bəri keçirilən Milli Marketinq Forumu bu il 9-cu dəfə təşkil edildi. “Bilik təcrübədə tamamlanır” konsepti əsasında təşkil edilən forum iki gün offline, bir gün online formatda baş tutdu və ümumilikdə 50-dən çox spiker çıxış etdi.
Təhsilin İnkişafı Forumu
Təhsilin İnkişafı Fondu ilə birgə keçirdiyi Təhsilin İnkişafı Forumu “Tərəfdaşlıqdan tərəqqiyə” konsepti çərçivəsində təşkil edildi. Bu forum, dövlət-universitet-sənaye tərəfdaşlığını təşvıq edən vacib bir platformadır.
2025-ci il: Yeni Hədəflər
Facemark MMC olaraq 2025-ci il ərzində möhtəşəm layihələrin işə salınmasını planlaşdırılır. İl boyu bizi dəstəkləyən tərəfdaşlarımıza və tədbirlərimizdə iştiraq edən hər kəsə təşəkkür edirik.
Facemark MMC olaraq hər kəsi Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə təbrik edirik!