BİZNES

26 Dekabr

Azərbaycanda bu şirkətin nizamnamə kapitalı 216,7 min manat azaldı

"Baltech Group" MMC nizamnamə kapitalını azaltdığını elan edib.

Fins.az bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergilər” qəzetinə istinadən xəbər verir.

Belə ki, şirkət nizamnamə kapitalının 216,7 min manata azaldığını bildirib.

Buna qədər isə MMC-nin nizamnamə kapitalının miqdarı 433,4 min manat idi.

Qeyd edək ki, "Baltech Group" MMC 2018-ci ildə dövlət qeydiyyatına alınıb. Şirkətin qanuni təmsilçisi Rəhimov İlqar Həsənağa oğludur.