Finss.az xəbər verir ki, çərşənbə günü neft qiymətləri ABŞ və Rusiya prezidentləri arasında telefon danışıqları nəticəsində əldə olunan Rusiya-Ukrayna münaqişəsinin həllində irəliləyişlə bağlı xəbərlərdən sonra Rusiyanın neft sektoruna qarşı sanksiyaların yumşaldılması gözləntiləri ilə bir qədər ucuzlaşır.
Bakı vaxtı ilə saat 14:09-a olan məlumata görə, Brent markalı may fyuçersləri Londonun ICE Futures birjasında 0,13 dollar (0,18%) ucuzlaşaraq bir barel üçün 70,43 dollar olub. WTI-nin aprel fyuçersləri NYMEX-də 0,15 dollar (0,22%) ucuzlaşaraq bir barel üçün 66,75 dollar təşkil edib: “Neft qiymətləri Ukraynada atəşkəs razılaşmasının əldə edilməsində irəliləyiş əlamətləri, eləcə də treyderlərin ticarət müharibələrinin təsirindən narahat olması səbəbindən daha geniş bazar zəifliyi səbəbindən ucuzlaşıb”, - Panmure Liberum-dan Ashley Kelty bildirib.
Çərşənbə günü bazarın azalması da Amerika Neft İnstitutunun ABŞ neft ehtiyatlarının keçən həftə 4,593 milyon barel artdığını göstərən məlumatları ilə bağlı olub. Ölkənin Energetika Nazirliyi ehtiyatlar haqqında məlumatı çərşənbə günü açıqlayacaq.
İnvestorlar çərşənbə günü axşam başa çatacaq Federal Ehtiyatlar Şurasının iclasının nəticəsini gözləyirlər. Aşağı faiz dərəcələri adətən neftə olan tələbi dəstəkləyən iqtisadi fəallığın artmasına kömək edir. Bu arada əksər ekspertlər FED-in faiz dərəcələrini dəyişməyərək 4,25-4,5% səviyyəsində saxlayacağını gözləyirlər.