Finss.az xəbər verir ki, Türkiyə lirəsi çərşənbə günü ABŞ dollarına nisbətdə 10%-dən çox ucuzlaşaraq, İstanbul Bələdiyyə Başçısı, müxalifətçi siyasətçi Əkrəm İmamoğlunun saxlanılması xəbəri ilə dollar/lirə cütü, Bakı vaxtı ilə saat 10:55-də əvvəlki sessiyanın bağlanışı ilə müqayisədə 36,687 lirədən aşağı 40,5542 lirəyə satılıb.
Borsa İstanbul 100 birja indeksi sessiyanın əvvəlində 6,9% dəyər itirərək səhm ticarətinin dayanmasına səbəb olub. Onların bərpasından sonra indeks 4,6% azalaraq 10 illik Türkiyə dövlət istiqrazlarının gəlirliliyi 175 bənd artaraq 29,94%-ə çatıb ki, bu da bu ilin ən yüksək göstəricisidir.
Türkiyə mətbuatı xəbər verir ki, 2019-cu ildən İstanbul bələdiyyə sədri vəzifəsində çalışan İmamoğlu korrupsiyaya qarşı aparılan istintaq çərçivəsində saxlanılıb.
Bloomberg yazır ki, İmamoğlu 2027-ci ildə Türkiyədə keçiriləcək prezident seçkilərində müxalifətin əsas namizədi sayılırdı. Bu həftənin əvvəlində İstanbul Universiteti İmamoğlunun ali təhsilini ləğv edib, baxmayaraq ki, Türkiyə prezidentliyinə yalnız ali təhsilli şəxs namizəd ola bilər.