Finss.az - 2025-ci ilin yanvar-fevral aylarında Azərbaycanda kimya sənayesi, əczaçılıq məhsulları və rezin-plastik kütlə məmulatlarının istehsalı 363,9 mln. manatlıq məhsul istehsal edib.
Bu barədə Dövlət Statistika Komitəsinin aylıq hesabatına məlumat verilir.
Hesabat dövründə, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə əczaçılıq məhsullarının istehsalı 21,4%, kimya sənayesi məhsullarının istehsalı isə 11,4% artıb. Bununla yanaşı, rezin və plastik kütlə məmulatlarının istehsalı 3,6% azalıb.
Kimya sənayesi məhsulları üzrə, polietilen istehsalı 22,5%, etilen istehsalı 12,9%, propen (propilen) istehsalı isə 5,6% artıb. Rezin və plastik kütlə məmulatları sahəsində, sərt plastmasdan borular, borucuklar, qolçaqlar və şlanqlar istehsalı 11,8% artıb. Lakin polietilendən kisə və çantaların istehsalı 37,6% azalıb.