Litvanın “Trust Project Services” Şirkətinin Azərbaycandakı Filialı Ləğv Olundu
Litvanın “Trust Project Services” şirkətinin Azərbaycandakı filialı ləğv olunduğunu elan edib.
Fins.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergilər” qəzetində məlumat yayımlanıb.
Bildirilib ki, kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Nəsimi rayonu, Kövkəb Səfərəliyeva küçəsi, ev 16E, "Time Business Center" ünvanına bildirə bilərlər.
Qeyd edək ki, “Trust Project Services Məhdud Məsuliyyətli Cəmiyyəti”nin Azərbaycan Respublikasındakı filialı 2019-cu ildə dövlət qeydiyyatına alınıb. Şirkətin qanuni təmsilçisi Dane Yakob Huibertdir.