BİZNES

24 Dekabr

Azərbaycanda bu investisiya şirkəti bağlanır

“Mugen Investment Company” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) ləğv olunduğunu elan edib.

Fins.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergilər” qəzetində məlumat yayımlanıb.

Bildirilib ki, kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Səbail rayonu, Zeynalabdin Tağiyev küçəsi, ev 10 ünvanına bildirə bilərlər.

Qeyd edək ki, MMC 2023-cü ildə dövlət qeydiyyatına alınıb. Şirkətin nizamnamə kapitalı 10 manat olub və qanuni təmsilçisi Əliyeva Sevinc Sadiq qızıdır.