Naxçıvan Muxtar Respublikasının Babək və Culfa şəhərlərinin baş planlarının hazırlanmasına başlanılıb.
Fins.az bu barədə Dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsi artıq hazırlıq işlərini tamamlayıb. Baş planların hazırlanması işləri Fövqəladə Hallar Nazirliyinin tabeliyində fəaliyyət göstərən Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin “Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitutuna həvalə edilib və bu qurumla müqavilə bağlanıb.
Müqaviləyə əsasən:
- Babək şəhərinin baş planının hazırlanması 171,1 min manata,
- Culfa şəhərinin baş planının hazırlanması isə 179,4 min manata başa gələcək.
Qeyd edək ki, “Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitutu 2008-ci ildə dövlət qeydiyyatına alınıb. İnstitutun qanuni təmsilçisi Namazov Müsədin Əhməd oğludur.