“F60” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) nizamnamə kapitalında dəyişiklik etdiyini elan edib.
Fins.az xəbər verir ki, bu barədə məlumat İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergilər” qəzetində dərc edilib.
Məlumata əsasən, MMC-nin nizamnamə kapitalı 6 992 600 ABŞ dollarından 2 754 853,63 ABŞ dolları və ya 39,4% azaldılaraq 4 237 746,37 ABŞ dolları məbləğində müəyyən edilib.
Qeyd edək ki, “F60” MMC 2019-cu ildə dövlət qeydiyyatına alınıb. Şirkətin qanuni təmsilçisi Hidayətov Kamil Mirzə oğludur.