“Zamanoğlu Logistics” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) nizamnamə kapitalında dəyişiklik həyata keçirir.
Fins.az xəbər verir ki, bu barədə məlumat İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergilər” qəzetində dərc edilib.
Məlumata görə, MMC nizamnamə kapitalını 681 100 manatdan 461 100 manata qədər azaltdığını elan edib.
Qeyd edək ki, “Zamanoğlu Logistics” MMC 2021-ci ildə dövlət qeydiyyatına alınıb. Şirkətin qanuni təmsilçisi Əmrahova Gülnaz Mədət qızıdır.