BİZNES

24 Dekabr

Azərbaycandan ABŞ-yə məhsul ixracında ciddi artım qeydə alınıb

Fins.az - Bu ilin yanvar-noyabr aylarında Azərbaycanın Amerika Birləşmiş Ştatları (ABŞ) ilə ticarət dövriyyəsinin ümumi həcmi ötən ilin eyni dövrünə nisbətdə 80,5 faiz artaraq 1,5 milyard dolları üstələyib.

Azərbaycandan ABŞ-yə ixrac: 129,9 milyon dollar (+12 dəfə), ABŞ-dən Azərbaycana idxal: 1,37 milyard dollar (+67,1 faiz).

Cari ilin ilk 11 ayının nəticələrinə görə, ölkənin ümumi ticarət dövriyyəsində ABŞ ilə ticarətin payı 3,49 faiz təşkil edib ki, bu da bir il öncəki göstəricidən 1,73 faiz bəndi çoxdur.